Azərbaycan şirkəti "Qalatasaray"ın sponsoru olacaq?

28 Aprel 2023 00:30 Türkiyə 572
Azərbaycan şirkəti "Qalatasaray"ın sponsoru olacaq?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə nəhənginin sponsoru ola bilər.

Sportinfo.az xəbər verir ki, söhbət "Qalatasaray"dan gedir.

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İddiaya görə, "Qalatasarayın" ev oyunlarını keçirdiyi Ali Sami Yen adına Stadion SOCAR-ın adını daşıyacaq.

Bundan əlavə, "sarı-qırmızılar"ın formasının ön hissəsində şirkətin adı yazılacaq. Həmçinin SOCAR İstanbul klubuna bir ulduz futbolçunun transferinin xərclərini qarşılayacaq.

Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. Razılaşma baş tutsa, "Qalatasaray" illik 20-25 milyon avro gəlir əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!