"Xəzər Lənkəran"ın əfsanəsi əsəbiləşdi: "Bir günün içində…"

24 Aprel 2023 02:40 Türkiyə 1 624
"Xəzər Lənkəran"ın əfsanəsi əsəbiləşdi: "Bir günün içində…"

"Xəzər Lənkəran" və "Beşitkaş"ın sabiq hücumçusu Oktay Derelioğlu verdiyi açıqlamalarla gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Türkiyə millisinin sabiq üzvü Arda Turanın "Eyupsor"a baş məşqçi təyin edilməsinə etiraz edib.

O bildirib ki, karyerasını bitirən futbolçu dərhal baş məşqçi kimi fəaliyyətə başlamamalıdır:

"Dünən futbolla vidalaşıb bu gün baş məşqçi ola bilməzsən, dost! Türkiyədən başqa heç yerdə bu qədər qısa zamanda baş məşqçi ola bilməzsən.

Bu iş digər adıyla insan idarəetmə sənətidir. Bu işi bir gün üçündə öyrənə bilməzsən. Əvvəlcə məşqçi kimi təcrübə toplamaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!