"Beşiktaş"da ciddi itki - Derbidə olmayacaq

23 Aprel 2023 21:40 Türkiyə 351
"Beşiktaş"da ciddi itki - Derbidə olmayacaq

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal sıradan çıxıb.

Super Liqanın 30-cu turunun "Ümraniyespor"la matçında (2:0) qasıq nahiyəsindən zədə alan əlcəzairli futbolçu bir həftə məşqlərdən uzaq qalacaq.

Təcrübəli oyunçu 31-ci turun "Qalatasaray"la oyununda komandasına kömək edə bilməyəcək. İstanbul derbisi 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

"Beşiktaş" Raşid Qezzalı 2020-ci ilin oktyabr ayında "Lester Siti"dən transfer edib.

31 yaşlı vinger cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!