"Məncə, Mahir Emreli Türkiyədə qalsa, daha yaxşıdır"

23 Aprel 2023 08:30 Türkiyə 1 166
"Məncə, Mahir Emreli Türkiyədə qalsa, daha yaxşıdır"

"Mahir Emrelinin "Adana Dəmirspor"la matçda qol hesabını açmasına çox sevindim.

O, gəldiyi ilk gündən çox yaxşı oynayırdı. Vurduğu qolla da özünəinamı artıracaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Güvənç Kurtar deyib.

Azərbaycanda çalışmış türkiyəli mütəxəssislərdən olan Kurtar Emrelinin performansını dəyərləndirib.

Hazırda Türkiyənin “A Spor” telekanalının şərhçilərdən olan veteran məşqçi millimizin üzvünün Superliqada daha yaxşı çıxış edəcəyinə inandığını bildirib:

“Mən Azərbaycanda işləyəndə də Mahirin istedadını görmüşdüm. Onun daha yaxşı yerlərə gələcəyi gözlənilən idi.

Məncə, Türkiyədə qalsa, daha yaxşıdır. Emrelinin Superliqanın sonuna qədər daha yaxşı performans göstərib, qollarını vuracağını düşünürəm.

Yəni bu, Emrelinin Superliqadakı yeganə qolu olmayacaq, ardı gələcək".

Kurtar “Kocaelispor”, “Rizəspor”, “Dənizlispor”, “Bursaspor”, “Adana Dəmirspor”, “Diyarbəkirspor”, “Adanaspor”, “Rəvan” klublarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti