"Beşiktaş"ın prezidenti: "Azərbaycan klubları ilə danışıqlar aparırıq"

22 Aprel 2023 09:00 Türkiyə 907
"Beşiktaş"ın prezidenti: "Azərbaycan klubları ilə danışıqlar aparırıq"

"Beşiktaş" Türkiyədə baş vermiş zəlzələnin qurbanlarına dəstək olmaq üçün xeyriyyə matçları keçirəcək.

Sportinfo.az xəbər verir ki, "qara qartallar" Almaniya və Azərbaycan klubları ilə oyun keçirməyi planlaşdırır.

Bu barədə İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi məlumat verib:

"Almaniya və Azərbaycan klubları ilə xeyriyyə oyunu üçün danışıqlar aparırıq. Oyunlardan gələcək gəlir zəlzələdə zərərçəkənlər üçün xərclənəcək".

6 fevral tarixində Türkiyənin 10 vilayətində baş vermiş zəlzələ nəticəsində 47 mindən çox insan həlak olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti