Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Konyaspor" bu gün Türkiyə superliqasında növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Konya təmsilçisi 29-cu turda "Adana Demirspor"u qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. "Konyaspor" 28 oyundan 39 xalla 9-cu, "Adana Demirspor" isə 51 xalla 4-xü yeri tutur.
Mahir Emrelinin bu matçda start heyətdə yer alıb-almayacağı maraq doğurur. Elə Türkiyə mətbuatı oyun öncəsi bununla bağlı "Stanoeviçin çətin qərarı" başlıqlı yazı hazırlayıb.
"Yeni haber" nəşri yazır ki, "Konyaspor"un baş məşqçisi Aleksandar Stanoeviçin yarımmüdafiənin sağ cinahında Mahir Emrelini, yoxsa Albaniya millisinin 26 yaşl üzlü Endri Çekicini əsas heyətdə oynadacağı hələ qətiləşməyib.
Bununla belə, nəşr güman edir ki, "Antalyaspor"la matçda həmin mövqedə Çekicini oynadan serb mütəxəssis bu dəfə də ona şans verə bilər.
"Antalyaspor"la matçda 4-4-2 taktikasıyla meydana çıxan, sağ cinahda sürpriz şəkidə Endri Çekicini oynadan Stanoeviç ikinci hissədə hücumçuları meydana buraxaraq 4-2-3-1 sxeminə keçmiş,
Mahir Emrelini isə hücuma göndəlmişdi. Stanoeviçin "Adana Demirspor"la görüşə əsas heyətə son matçda 90 dəqiqə oynatdığı Endri Çekicini buraxması,
Mahir Emrelini isə hesabdan asılı olaraq ikinci hissədə oynatması gözlənilir" - deyə yazıda qeyd edilib.