"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı

18 Aprel 2023 21:40 Türkiyə 397
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı

"Trabzonspor"un yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, komandanı xorvatiyalı Nenad Belitsa çalışdıracaq.

52 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonunadək müqavilə imzalanıb.

"Trabzonspor"da Abdullah Avcının martda istefaya göndərilməsindən sonra köməkçi məşqçi Orhan Ak bu mövsümün sonuna kimi baş məşqçi təyin olunmuşdu.

Ancaq o, aprelin 5-də - Türkiyə kubokunun 1/4 finalında "Ankaragücü"nə 1:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!