
Avro-2024-cü seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı 3 gün davam edən baş ağrıları səbəbindən heyətdən çıxarılıb.
Bundan əvvəl Tayyip Talha Sanuç da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.
Türkiyə yığması martın 25-də Ermənistanın qonağı olacaq, martın 28-də isə Xorvatiyanı qəbul edəcək.