Super Liqa klubunda daha bir baş məşqçi istefası

5 Fevral 2023 01:40 Türkiyə 633
Super Liqa klubunda daha bir baş məşqçi istefası

“Ankaragücü”nün baş məşçqisi Ömər Ərdoğan istefa verib.

Sportinfo.az xəbər verir ki, o, Super Liqanın 23-cü turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə matçdan sonra postundan ayrıldığını açıqlayıb.

Buna komandanın sözügedən matçda 0:2 hesablı məğlubiyyəti səbəb olub. Bu, son beş matçda üçüncü məğlubiyyət olub.

Ankara təmsilçisi Super Liqada 21 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb.

Ərdoğan 2022-ci iliin yayından bu komandaya rəhbərlik edirdi. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da da baş məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu