"Qarabağ" və "Neftçi"də çalışmış məşqçi istefaya göndərildi

11 Noyabr 2022 03:20 Türkiyə 723
"Qarabağ" və "Neftçi"də çalışmış məşqçi istefaya göndərildi

"Qarabağ" və "Neftçi"də məşqçi kimi çalışmış Mehmet Ak işsiz qalıb.

Sportinfo.az xəbər verir ki, o, “1461 Trabzon”dan ayrılıb.

Buna səbəb isə komandasının son vaxtlardakı uğursuz çıxışı olub.

Qaradəniz təmsilçisi onun rəhbərliyi altında son olaraq Türkiyə kubokunda “Kasımpaşa”ya 1:6 uduzub.

Həmin matçdan sonra isə Ak komanda ilə vidalaşdığını sosial şəbəkə vasitəsilə məlumat verib.

Digər Xəbərlər
Xəbər Lenti