"Qalatasaray" yeni parlayan hücumçuya elçi düşdü

27 İyun 2022 01:30 Türkiyə 1 127
"Qalatasaray" yeni parlayan hücumçuya elçi düşdü

"Qalatasaray" hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportonfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Bodo Qlimt"in forvardı Ola Solbakkenin xidmətində maraqlıdır.

"Sarı-qırmızılar" Norveç klubu ilə 6 aylıq müqaviləsi olan 23 yaşlı qolçunun keçidini yay transfer pəncərəsi zamanı tamamlamağı hədəfləyib.

Ola Solbakken 2020-ci ilin yanvar ayından "Bodo Qlimt"də çıxış edir.

Norveç millisinin üzvü hazırda davam edən ölkə çempionatında meydana çıxdığı 5 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti