"Fənərbaxça"dan növbəti transfer - 3,3 milyon avro ödəyəcək

22 İyun 2022 15:40 Türkiyə 905
"Fənərbaxça"dan növbəti transfer - 3,3 milyon avro ödəyəcək

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Konyaspor"un mərkəz müdafiəçisi Abdulkerim Bardakçını transfer etmək üzrədi.

Klublar arasında ilkin razılıq əldə olunub. "Fənər" 27 yaşlı futbolçu üçün qarşı tərəfə 3,3 milyon avro ödəyəcək.

Abdulkerim 2020-ci ildən Konya təmsilçisində çıxış edir. O, başa çatan mövsümdə bütün turnirlərdə 34 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti