“Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryanın transferi Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər.
Sportinfo.az xəbər verir ki, bunu türkiyəli jurnalist Bülənt Tuncay deyib.
O, bu transferin buzları əridəcəyinə inananlardan olduğunu bildirib.
“Biz görürük ki, erməni icması həm idmanda, həm də incəsənətdə Türkiyə cəmiyyətinə töhfə verir. Erməni idmançılar “Qalatasaray”ın keçmişində yer alırlar.
Bu transfer baş tutsa, Türkiyə-Ermənistan münasibətlərindəki buzları əridə biləcəyinə inananlardanam.
Biz bunu “Trabzonspor”da görmüşük. İki yunan futbolçu iki ölkə arasında körpünün qurulmasına töhfə verib”, - deyə “Independent Turkce” Tuncaydan sitat gətirib.
Daha əvvəl "Qalatasaray" və "Dinamo"nun qış transfer pəncərəsində Zaxaryanın transferi ilə bağlı razılığa gəldiyi, lakin Arsenin atasının bunun qarşısını aldığı bildirilirdi.

