35 min azarkeş azərbaycanlı futbolçunu iş başında gördü - VİDEO

10 May 2022 00:50 Türkiyə 1 077
35 min azarkeş azərbaycanlı futbolçunu iş başında gördü - VİDEO

Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərov Türkiyə TFF I Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "timsah" XXXVI turda lider "Umraniyespor"la qarşılaşıb.

Bursada baş tutan və 35 min tamaşaçının izlədiyi qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə ehtiyatdan başlayan Ələskərov 75-ci dəqiqədə, hesab 2:2 olarkən meydana daxil olub. Ev sahibləri əlavə edilmiş dəqiqələrdə vurduğu qolla kritik qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran "Bursaspor" 16-cı pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!