“Qalatasaray”ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Yuventus” üzərində 5:2 hesablı qələbəsi “cim-bom”un braziliyalı sabiq müdafiəçisi Felipe Melo üçün xüsusi əhəmiyyət daşıyıb.
Hər iki komandada çıxış etmiş keçmiş futbolçu qarşılaşmada İstanbul təmsilçisinə azarkeşlik edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Melo matçdan sonra sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edərək “Qalatasaray”ın qələbəsini qeyd edib.
Paylaşımın əsas detalı onun beş açılmış barmağı olub. Bu jest Turin klubunun qapısından buraxdığı beş qola açıq işarə kimi qiymətləndirilib.
Felipe Melo 2009–2011-ci illərdə “Yuventus”un formasını geyinib. O, daha sonra məhz “Qalatasaray”a transfer olunaraq İstanbul klubunda dörd mövsüm çıxış edib.

