Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Vişeqrad Qrupuna daxil olan ölkələrin (Çexiya, Macarıstan, Polşa və Slovakiya - red.) XİN rəhbərləri futbol oynayıblar.
Sportinfo.az xəbər verir ki, maraqlı hadisə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.
Rəsmi geyimləri ilə meydana enən nazirlər medianın böyük marağına səbəb olublar.
Nazirlər daha sonra toplaşaraq futbol topları ilə foto da çəkdiriblər.
Qeyd edək ki, Mövlud Çavuşoğlu Vişeqrad Qrupuna daxil olan ölkələrin XİN rəhbərlərinin 6-cı toplantısında iştirak etmək üçün Macarıstanda səfərdədir.


