Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük" doğma meydanda “Fənərbağça”nı qəbul edib.
Sportinfo.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandar Pesic açıb.
Matçın 39-cu dəqiqəsində "Fatih Karagümrük"ün iki futbolçusu cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulublar.
"Fənərbağca"nın yarımmüdafiəçisi Mesut Özül onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyun elə bu hesabla bitib - 1:1.

