"Biz nə buna boyun əyəcək klubuq, nə də insanıq"

13 İyul 2021 21:40 Türkiyə 1 032
"Biz nə buna boyun əyəcək klubuq, nə də insanıq"

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Yunanıstana “Olimpiakos”la yoxlama görüşü keçirmək üçün gedən komandasının ölkəyə buraxılmaması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu hərəkətlərin xoş olmadığını və heç kimin bu cür davrana bilməyəcəyini deyib:

“Heç kim bizə bu cür davrana bilməz. Bu hərəkətlər xoş deyil. Biz belə şeylərə boyun əyəcək insanlar deyilik.

Başda ölkə prezidenti olmaqla, bizi qoruyan hər kəsə təşəkkür edirik. “Qalatasaray” beynəlxalq qaydaları çox yaxşı bilən klubdur.

Dünyadakı bütün matçlarda bu təcrübəni qazanan klubların ən başındadır. Uçuşdan 24 saat əvvəl onsuz da test vermişdik.

Hamımız oraya bütün testlərin nəticələri ilə birgə getmişdik. Yunanıstandakı hava limanına enəndə qısa bir müddətdə analiz götürəcəklərini dedilər.

İki ölkə arasında əldə olunan razılaşmada qarşılıqlı testlərin qəbulu üçün anlaşma da var. Amma bizdən test verməyimizi istədilər.

Səbəbini soruşanda isə son 2 gündə bu qayda ilə işlədiklərini bildirdilər. Bu təsadüfi hadisədə mən də iştirak etmişəm.

Bizdən burundan koronavirus testi götürdülər. Əllərimizdə PCR testinin də şəklini çəkdilər. Daha sonra isə digər şeylərə ehtiyac olmadığını bildirdilər.

Yoldaşlıq oyunlarında dost kimi davranmaq lazımdır. Amma bizə qarşı edilən dostluqa layiq hərəkət deyildi. Geri qayıtmaq qərarı verdik.

Orada gözləmək futbolçularımız üçün cansıxıcı oldu. Onlar həm yoruldular, həm də acdılar. Daha sonra bizdən pasportlarımızı istədilər. Deportasiya edəcəklərini dedilər.

Biz isə israrla pasportlarımızı verməyəcəyimizi bildirdik. Kapitanlarımız və stüardessalarımız hazır vəziyyətdə dayandılar.

Onlara da qalxmaq üçün icazə vermədilər. Amma sonra su verdilər. Belə vəziyyətdə “Olimpiakos” rəsmiləri də bizə kömək etməyə çalışdı.

Amma nəticədə bacarmadılar. Orada qalmamaq ən düzgün qərar idi. “Olimpiakos”un sahibi Marinakis də zəng vurdu.

O da bizim hisslərimizi paylaşdı. Hər bir klub ölkəmizə gələn qonaqlara necə davrandığımızı, hava limanında onlarla necə maraqlandığımızı bilir.

Biz həqiqətən də hər kəsə başqa cür davranırıq. Bunun “Qalatasaray”a yox, kimə edilən bir davranış olduğu ortadadır.

Oradakı üslub da, münasibət də, davranış şəkli də xoş deyildi. Biz nə buna boyun əyəcək klubuq, nə də insanıq. Lazım olanı edib, geri qayıtdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!