Portuqaliyalı tanınmış məşqçi Türkiyə klubunda - FOTO

21 Yanvar 2021 15:20 Türkiyə 695
Portuqaliyalı tanınmış məşqçi Türkiyə klubunda - FOTO

"Qaziantep"in yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı portuqaliyalı mütəxəssis Rikardu Sa Pintuya tapşırılıb.

49 yaşlı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanıb. Sa Pintu bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Mariuş Şumuditsanı əvəzləyib.

Daha əvvəl ölkəsinin "Sportinq" və "Braqa" klublarına başçılıq etmiş Rikardu Sa Pintu Serbiyada "Srvena Zvezda", Belçikada "Standard" və Polşada "Legiya" kimi komandalarda da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti