“Turan Tovuz” avrokuboklara vəsiqəni təmin edib.
Sportinfo.az xəbər verir ki, onlar Misli Premyer Liqasının 31-ci turunda “Karvan-Yevlax”a qalib gəlməklə (1:0) 2025/26 mövsümündə ən azı üçüncü yeri təmin ediblər.
Beləliklə, Misli Premyer Liqasının bitməsinə 2 tur qalmış Kurban Berdıyevin komandası 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb.
Azərbaycanı ilk dəfə avrokuboklarda məhz Tovuzun təmsilçisi olan “Turan” təmsil edib.
1994-cü ilin yayında ölkə çempionu qismində avrokuboklara - o vaxt UEFA kuboku adlanan yarışa qatılan “Turan” birinci mərhələdə “Fənərbaxça” ilə qarşılaşmış və hər iki oyunda uduzaraq (İstanbulda ilk matç 0:5, Sumqayıtda cavab görüşü 0:2) mübarizəni dayandırmışdı.

