"O, futbolun hər üzünü görən və bilən adamdır" - VİDEO

27 İyul 2024 16:00 Turan 1 654
"O, futbolun hər üzünü görən və bilən adamdır" - VİDEO

"Kurban Berdıyev "Turan Tovuz"da da yaxşı işlər görə bilər".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində rusyialı mütəxəssisin Tovuz klubuna təyinatını qiymətləndirib, uğurlu seçim olduğunu bildirib.

Tanınmış teleşərhçi qeyd edib ki, Berdiyev işlədiyi bütün klublarda gördüyü yaxşı nəticələrlə yadda qalıb.

Əslən türkmən baş məşqçinin «Rostov»dakı fəaliyyətini xatırladan ekspert deyib ki, o, adıçəkilən komandaya Rusiya çempionatının gümüş medallarını qazandırıb.

Hansı ki, «Rostov» futbolçularının maaşlarını aylarla ödəmədiyi halda, Çempionlar Liqasına vəsiqə əldə edib.

Abbasov Berdiyevin gəlişi ilə Premyer Liqada rəqabətin daha da güclənəcəyini diqqətə çatdırıb.

Həmçinin «Turan Tovuz»un avrokuboklar uğrunda yarışmaya xüsusi rəng qatacağını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”