COP29

"Neftçi" ilə vidalaşan yarımmüdafiəçi bölgə klubunda 3 illik anlaşmaya qol çəkdi

18 İyun 23:20 Turan 3 897
"Neftçi" ilə vidalaşan yarımmüdafiəçi bölgə klubunda 3 illik anlaşmaya qol çəkdi

"Turan Tovzu"da Xəyal Nəcəfovla bağlı müəmma başa çatıb.

Yarımmüdafiəçi və onun müqavilə ilə məxsus olduğu "Neftçi" və Qərb təmsilçisi arasında uzun sürən danışıqlar bölgə klubunun istəyinə uyğun yekunlaşıb.

Nəticədə 26 yaşlı orta sahə oyunçusu "Turan"la yeni müqaviləyə imza atıb.

Anlaşma 2+1 şərtilə əldə olunub.

Bununla da "Sumqayıt"ın yetirməsi "Turan Tovuz"un tam hüquqlu üzvü olub.

Xəyal 2022-ci ildən icarə əsasında "Turan"ın şərəfini qoruyur. O, arxada qalan müddətdə meydana çıxdığı 67 oyunda 3 qol, 6 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti