«Turan Tovuz» əsas borcunu bağlayıb.
Söhbət yerli icra başçısı Məmməd Məmmədova olan borcdan gedir.
Premyer Liqa təmsilçisi rayon rəhbərindən aldığı 100 min manata yaxın vəsaiti geri qaytarıb.
Bu məbləğ ötən ilin yayında alınmışdı. Doqquz ildən sonra elitaya buraxılan qərb klub həmin vaxt sponsorsuz idi və təlim-məşq toplanışına başlamağa, ilk ödəmələri etməyə, geyim, qida almağa pul tapmırdı.
Onda tovuzlu iş adamlarını üzünü yana çevirmiş, yalnız icraçı direktor Nadir Nəbiyev və baş məşqçi Ayxan Abbasov öz cibindən bir sıra xərcləri qarşılamışdı.
İcra başçısından kömək istənildikdə isə M.Məmmədov problemin həllinə yardım göstərmişdi. Razılaşmaya əsasən, «Turan» borcu hissə-hissə qaytarmağı öz üzərinə götürüb və vədini yerinə yetirib.
SPORTİNFO.AZ