COP29

Bombardir bölgə klubundan vaxt istədi - SON 10 GÜN

1 İyun 2023 23:40 Turan 1 000
Bombardir bölgə klubundan vaxt istədi - SON 10 GÜN

Yeni mövsümə hazırlaşan “Turan Tovuz” heyətdə qalmasını istədiyi futbolçularla danışıqları davam etdirir.

Təbii ki, həmin futbolçuların başında Runi Eva gəlir.

28 yaşlı futbolçu ilə danışıqlar həftələrdi davam edir.

Amma bombardirlə danışıqlar hələ də tam yekunlaşmayıb.

Yaxşı təkliflər alan kamerunlu tələsmək istəmir.

O, rəhbərliyə ən geci yaxın 10 gündə qərarını açıqlayacağını bildirib.

Ötən yay qərb təmsilçisinə transfer olunan forvard mövsümün kəşflərində oldu.

Belə ki, hücumçu meydana çıxdığı 37 görüşdə 17 qol, 6 asistlə yadda qaldı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti