Azərbaycan komandasına icazə verməyi planlaşdırır

14 İyul 2020 11:48 Tokio-2020 550
Azərbaycan komandasına icazə verməyi planlaşdırır

Yaponiya hakimiyyəti gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında iştirakçılar üçün ölkəyə giriş rejimini sadələşdirməyi düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto açıqlama verib.

Hakimiyyət olimpiadanın başlaması ilə koronavirus pandemiyasının tam bitməyəcəyi ehtimalını nəzərdən keçirir. Bu səbəbdən Yaponiyanın bəzi ölkələrlə əlaqələri hələ də dayandırılılacaq.

Ölkə rəhbərliyi epidemioloji vəziyyət Yaponiya tərəfinin meyarlarına cavab verməsə də, xarici idmançıların qəbul olunmasına icazə verməyi planlaşdırır.

Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 15 lisenziya qazanıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?
17 May 17:00 Bu bonus sizin üçün