Toral Bayramovu çağırdılar, selfi çəkdirdilər - MARAQLI VİDEO

1 Avqust 23:40 Bizimkilər 110
Toral Bayramovu çağırdılar, selfi çəkdirdilər - MARAQLI VİDEO

Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov «Bursaspor»un azyaşlı azarkeşlərinin sevgisini qazanıb.

Bursa şəhər stadionuna toplaşan balaca fanatlar sol cinah oyunçusuna böyük maraq göstərib.

Onlar Donetsk «Şaxtyor»u ilə yoxlama görüşündən (0:0) öncə isinmə hərəkətləri edən həmyerlimizi tribunaya tərəf səsləyiblər.

Bayramov kiçikyaşlı tərəfdarların ürəyini qırmayıb. Kənara gələn sabiq «Qarabağ»lı bursalı uşaqlarla selfi çəkdirib.

Arda Turanın baş məşqçsii olduğu Donetsk təmsilçisinə qarşı yoxlama görüşü Bursa stadionunda keçirilib. Matç 0:0 hesabı ilə yekunlaşıb.

T.Bayramov matça start heyətdə başlayıb. O, 2-ci hissənin əvvəlində - 46-cı dəqiqədə Barış Göklə əvəzlənib.

Toral Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Həmçinin futbolçu 2021-ci ildən Azərbaycan millisinin üzvüdür.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!