Premyer Liqa klubundan ayrılmaq üçün maaş tələbində güzəştə getdi

1 Avqust 15:20 İngiltərə 519
Premyer Liqa klubundan ayrılmaq üçün maaş tələbində güzəştə getdi

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını “İnter”də davam etdirmək üçün maaş tələbində güzəştə gedib.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu illik maaş istəyini 5,5 milyon avroya endirib.

Buna baxmayaraq, Milan təmsilçisi transferi reallaşdırmaq üçün əvvəlcə heyətindəki futbolçulardan biri ilə yollarını ayırmalıdır.

“İnter”in satışa çıxarmağı planlaşdırdığı ilk oyunçu Benjamin Pavardır. Yalnız bundan sonra İtaliya klubu Romero ilə bağlı danışıqları yekunlaşdırmağa çalışacaq.

“Transfermarkt” portalı Kristianın dəyərini 50 milyon avro qiymətləndirir. Argentinalı müdafiəçi 2021-ci ildən “Tottenhem”in formasını geyinir. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi