Azərbaycan futbolunda qərəz kampaniyası Klubların səbr kasası dolur! - VİDEO

23 Yanvar 13:00 Tokio-2020 2 088
Azərbaycan futbolunda qərəz kampaniyası Klubların səbr kasası dolur! - VİDEO

“Qışa fasiləsindən sonra Premyer Liqanın növbəti turunda futbolu deyil, hakimliklə bağlı problemlərdən danışırıqsa, keçmiş olsun.

Həqiqət budur ki, bir gün klub rəhbərlərindən kiminsə səbir kasası dolacaq, Türkiyədəki hadisə Azərbaycanda baş verəcək.

Hakimin döyülməsi an məsələsidir. Gedişat heç də yaxşı deyil.

Bunlar AFFA-ya, Hakimlər Komitəsinə siqnaldır. “Zirə”nin penaltisini hakim qəsdən vermədi”.

Bu sözlər Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “Səbail” – “Zirə” matçında (0:0) baş verən hakim səhvini hər iki komandaya qarşı “böyük oyun“ kimi qiymətləndirib.

Qeyd edib ki, VAR-ın çağırışına rəğmən, baş hakim Fərid Hacıyev yenə penaltini vermirsə, bu, artıq qərəzdir:

“Normal halda əgər görüşün baş hakimi VAR-a dəvət edilirsə, yenidən epizodu izləyirsə, buna penalti vermirsə, deməli, bir məqsədi var: “Zirə” bu oyundan qalib ayrılmamalıdır.

Kor-kor, gör-gör. Hakimbaşı Barış Şimşek çıxıb yenə özündən hekayələr uydurmasın”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti