TOKİO-2020: Şərif üçün ilk görüşdə final və qisas şansı

5 Avqust 2021 11:40 Tokio-2020 1 320
TOKİO-2020: Şərif üçün ilk görüşdə final və qisas şansı

Sabah Tokio Olimpiadasında mübarizəyə qoşulacaq 3 sərbəst güləşçimizin rəqibləri müəyyənləşib.

Pəhləvanlarlmızdan ən çətin rəqib Şərif Şərifovun (97 kq) bəxtinə düşüb. Demək olar ki, ilk görüş olimpiya çempionumuz üçün finala bərabər qarşılaşma olacaq. Püşk Şərifi əsas rəqibi, cəmi 25 yaşı olmasına baxmayaraq 4 dəfə dünya, eyni sayda Avropa çempionluğu qazanmış, Rio Olimpiadasının qalibi Abdulraşid Sadullayevlə (Rusiya) üz-üzə qoyub.

Şərif dağıstanlı pəhləvana, öz həmyerlisinə indiyədək qalib gələ bilməyib. Riodakı son Olimpiya Oyunlarında güləşçimiz yarımfinalda məhz Sadullayevə uduzaraq finaldan kənarda qalmışdı.

2 il əvvəl isə Nursultanda keçirilən dünya çempionatının finalında Sadullayev Şərifi çempionluqdan məhrum etmişdi. Görək, iki dağıstanlının növbəti dueli necə nəticələnəcək?

SPORTİNFO.AZ

Xəbər Lenti