Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda qüvvəsini sınayacaq

03:30 Tennis 43
Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda qüvvəsini sınayacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək "WTT Youth Contender" beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

O, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.

Onur həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti