"Futbolçum Azərbaycan millisinin formasını geyinmək istəyir"

30 Mart 2020 21:00 Sumqayıt 747
"Futbolçum Azərbaycan millisinin formasını geyinmək istəyir"

"Futbolçumuz Azərbaycan millisinin formasını geyinmək istəyir".

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında Camaləddin Xocaniyazovdan danışıb.

24 yaşlı müdafiəçi "Sumqayıt"a ötən ilin yayında BATE-dən keçib.Mətbuatda yayılan yeni xəbərlərə görə, o, seçim qarşısında qalıb. Yəni ki, hansı milli komandanın formasını geyinəcəyi hələ müəyyənləşməyib.

Rusiyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş Xocaniyazovun bu ölkənin əsas millisinə düşmək perspektivi yoxdur.

Ancaq Türkmənistanda doğulan oyunçuya vətənindən dəvət gəlib. Bildirilir ki, Xocaniyazov isə bunu müsbət qarşılamağa tələsmir. Çünki onun Azərbaycan millisində oynamaq şansı da mövcuddur.

Abbasov bildirib ki, hələ rəsmi təklif almasa da, Camaləddinin ilk istəyi yığmamızda oynamaqdır və ndiki durumda bu variant daha real görünür: "O, bizimlə söhbətində belə bir fikirdə olduğunu dəfələrlə bildirib.

Eşitdiyimə görə, Türkiyə yığmasından ona təklif çoxdan gəlib. Hardasa 2-3 il il əvvəl. Cəmaləddin həmin vaxt Rusiyanın gənclər yığmasını seçib. İndi isə buradadır və Azərbaycan millisində çıxış etmək istəyir.

Nikola Yurçeviç yığmanın baş məşqçisi olanda bir neçə dəfə komanamızın oyunlarını izləyib və bilirəm ki, ən çox bəyəndiyi futbolçulardan biri də Cəmaləddin idi. Xorvatiyalı həmkarım onunla bağlı klubumuzdan informasiya da toplamışdı.

Yəqin ki, millinin yeni baş məşqçisi məlum olandan sonra bu məsələyə də aydınlıq gələr".

Digər Xəbərlər
Xəbər Lenti