"Sumqayıt"ın yaşayışı - FOTOREPORTAJ

4 Mart 2020 10:52 Sumqayıt 678
"Sumqayıt"ın yaşayışı -  FOTOREPORTAJ

Bir günlük istirahətin ardından məşqləri bərpa edən “Sumqayıt” “Qəbələ” ilə oyunun hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqə çıxıb.

Fiziki gücün artırılması üçün yerinə yetirilən hərəkətlərlə başlayan məşqdə daha sonra müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Martın 7-də Qəbələ Şəhər Stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” qarşılaşmasına saat 16:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti