Azərbaycan klubu ilin ilk transferini etdi - Əcnəbi hücumçu

21 Yanvar 22:40 Sumqayıt 1 811
Azərbaycan klubu ilin ilk transferini etdi - Əcnəbi hücumçu

"Sumqayıt" qış transfer pəncərəsi üçün ilk keçidini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" qvineyalı hücumçu Momo Yansane ilə anlaşıb. 27 yaşlı futbolçu Gürcüstanın "Torpedo" klubundan transfer olunub. O, bu mövsüm 2 oyuna çıxaraq 2 qol vurub.

Momo Yansane karyerası ərzində 170 oyuna çıxaraq 53 qol vurub və 21 qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda