Premyer Liqa klubunun əcnəbilərlə bağlı planı baş tutmadı

18 Yanvar 2025 19:00 Sumqayıt 1 021
Premyer Liqa klubunun əcnəbilərlə bağlı planı baş tutmadı

"Sumqayıt" qış fasiləsində yolları ayırmağa çalışdığı əcnəbilər ilə dil tapa bilməyib.

Söhbət Alan Dias, Kristian Velinovski və Nikola Vuynoviçdən gedir.

Baş məşqçi Vaqif Cavadovun istəmədiyi oyunçularla uzun sürən danışıqlar müsbət nəticə verməyib.

Klub tapmaqda çətinlik çəkən trio mövsümün ikinci yarısını da "kimyaçılar"da keçirəcək.

Hər üç futbolçu da artıq istirahətdən qayıdaraq klubun düşərgəsinə qoşulub.

Forvard mövqeyində Nikola Vuynoviç ötən yay, müdafiəçi Dias mövsümün gedişində təmsilçimizə transfer olunubsa, Velinovski iki mövsümdür karyerasını ölkəmizdə davam etdirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!