Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt” və “Sabah” komandaları qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “bayquşlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 32-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.
Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə “Sabah”ın heyətində Ksander Severina (22), İvan Lepinitsa (42), Timoteuş Puxaç (55), Aleksey İsayev (67) və Xəyal Əliyev (75) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Sedrik Dabalo (30) vurub.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Filipe Kandidonun komandası isə 10 xalla doqquzuncu pillədə yer alıb.
“Sumqayıt” - “Sabah” 1:5
