Dörd aydan sonra “daşı ətəyindən tökdü” - İki ayın pulunu almaq qarşılığında

09:40 Sumqayıt 1 042
Dörd aydan sonra “daşı ətəyindən tökdü” - İki ayın pulunu almaq qarşılığında

“Sumqayıt”ın Masaki Murata ilə yollarını ayırmasından xəbərdarsız.

27 yaşlı yaponiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Asiyalı 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, həmin müddətdə 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha sonra Danimarkaya yollanıb, "Veyle" ilə anlaşıb. 2025-ci ilin avqustunda geri dönüb və 2 illik müqaviləyə imza atıb.

"71" nömrəli formanı götürən Muratanın qayıdışının uğursuz alınması yeni baş məşqçi Filipe Kandidonun taktiki planlarıyla əlaqədardır.

Portuqaliyalı mütəxəssis onun baxışlarına uyğun gəlməyən yaponu hələ 4 ay öncə düşərgədən göndərmək istəyib.

Səbəbkar ondan kontraktı pozmaqdan imtina edib. İndi isə başqa təklifləri var, odur ki, 2 aylıq kompensasiya qarşılığında razılığını verib.

SPORTİNFO.AZ

Dörd aydan sonra

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!