COP29

Azərbaycan klubundan ayrılan əcnəbi dövlətə “atdı” – QALMAQALLI OLAY!

25 Oktyabr 12:40 Sumqayıt 820
Azərbaycan klubundan ayrılan əcnəbi dövlətə “atdı” – QALMAQALLI OLAY!

"Sumqayıt"ın keçmiş legioneri Abu Dosso 21 min manatdan artıq vergi borcunu ödəməyib.

Sportinfo.az xəbər verir ki, Fil Dişi Sahilindən (Kot d’İvuar) olan müdafiəçinin Dövlət Vergi Xidmətinə 21.721,64 manat vergi borcu var.

Ötən mövsümün sonunda ölkəmizi tərk edən afrikalı barəsində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib və onun "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia qaldırılıb.

İşə hakim İslam Əliyevin sədrliyi ilə baxılacaq.

Sumqayıtdan Fil Dişi Sahilinə uzanan vergi borcu - 21,7 min manat ödənilməyib

Abu Dosso 2023-2024 mövsümündə "Sumqayıt"da çıxış edib. Bu müddətdə 29 Premyer Liqa, 3 Azərbaycan Kuboku matçına çıxıb və 5 məhsuldar ötürmə edib.

28 yaşlı müdafiəçi ölkəmizdə son oyununu mayın 25-də "Qəbələ"yə qarşı keçirib və həmin vaxtdan klubsuzdur.

Afrikalı müdafiəçi əvvəllər vətənində "SO Armee", İsraildə "Hapoel" (Təl Əviv), "Bney Sakhnin" və "Rişon leZion" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər