Azərbaycan klubu iki əcnəbi ilə gücləndi - SON DƏQİQƏ

14 Avqust 2024 14:20 Sumqayıt 2 269
Azərbaycan klubu iki əcnəbi ilə gücləndi - SON DƏQİQƏ

Kasad heyətlə yeni mövsümə start verən "Sumqayıt" transfer çalışmalarını sürətləndirib.

Bir neçə gün əvvəl "kimyaçılar"ın mərkəz müdafiəçisi Brenner Armandonu yoxlanışa dəvət etməsini xəbər vermişdik.

Dünən isə komandanın məşqinə daha iki legioner qoşulub.

Adlarını dəqiqləşdirə bilmədiyimiz əcnəbilərdən biri nigeriyalı, digəri isə braziliyalıdır.

Afrikalı hücumçu, cənubi amerikalı isə mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Brennerdən fərqli olaraq bu iki legioner də birbaşa müqavilə imzalamaq üçün kluba dəvət edilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti