"Sumqayıt"ın haqqı bu idimi?

14 Avqust 2022 14:40 Sumqayıt 1 016
"Sumqayıt"ın haqqı bu idimi?

Qələbəyə bərabər məğlubiyyət.

Futbolda bu cür hallarla addımbaşı qarşılaşmırıq. Onu da bacarmaq lazımdır.

Mən bu münasibətlə «Sumqayıt»ı təbrik etmək istərdim.

«Ferentsvaroş»u Macarıstanda dizə gətirmiş «Qarabağ»la 94 dəqiqə döyüşmək «Sumqayıt» adına həqiqi qəhrəmanlıqdır.

Hələ onu demirəm ki, ikinci hissədə 3 əla imkan yaxaladılar və birindən də istifadə edə bilmədilər. Bu epizodlardan biri qol olsaydı, minimum 1 xal ciblərində idi.

«Sumqayıt» yalnız müdalilə etmədi, eyni zamanda, taktiki mübarizədə qonaqlarına əyilmədi, geri qalmadı.

Qüvvələr nisbətini doğru hesablayan Aleksey Baqanın rəqibi ikinci zonada qarşılamaq, sürətli əks-hücum tapşırığı son dəqiqələrə kimi işə yaradı.

Mənə yerli azarkeşlərin «Sumqayıt»ı final fitinədək dəstəkləməməsi xoş gəlmədi.

Oyundan 1 saat əvvəl tribunaları dolduran seyrçilər 90-cı dəqiqədən etibarən stadionu tərk etməyfə başladı, hesab açılandan sonra ümumiyyətlə kütləvi urətdə yerlərini boşaltdılar.

Çox pis haldır bu. «Sumqayıt»a və sumqayıtlılara yaraşmadı. Alqışın yerini etinasızlıq tutdu, nə yazıq ki! Deməli, stadiona axın edənlər, sadəcə, «Qarabağ»ı görmək və izləmək istəyib.

«Sumqayıt»a səmimi tərəfdar ordusu arzulayıram.

Özünü «futbol fanatı» adlandıran kütlə «gənclik şəhəri»nin tək komandasına bu vəziyyətdə qahmar çıxmırsa, sabah «Sumqayıt»dan gözəl oyun və müsbət nəticə tələb etməyə də mənəvi haqları çatmayacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti