“Sumqayıt” tarixində bir ilk - Kabo-Verde yığmasının müdafiəçisi ilə 3 illik müqavilə

4 İyul 2022 12:40 Sumqayıt 1 054
“Sumqayıt” tarixində bir ilk - Kabo-Verde yığmasının müdafiəçisi ilə 3 illik müqavilə

“Sumqayıt” klub tarixində ilkə imza atıb.

Yeni mövsümdən legioner qadağası üzərindən götürülən “kimyaçılar” birinci addımı atıb.

“Gənclik şəhəri” təmsilçisi Stiven Pereyranı heyətinə qatıb.

28 yaşlı müdafiəçi Kabo-Verde yığmasının üzvüdür. Onunla birbaşa 3 illik müqavilə imzalanıb.

O, karyerası ərzində “Zvolle”, “ÇSKA Sofiya”, “Santa Klara”, “Oliveyrense” klublarında oynayıb. 28 yaşlı müdafiəçin son klubu Cənubi Afrikanın “Martizburq” klubu olub. Pereyta Kabo-Verde millisinin üzvüdü.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti