İdman direktorunun vəzifədən ayrılması rəsmən təsdiqləndi

30 İyun 2022 01:10 Sumqayıt 765
İdman direktorunun vəzifədən ayrılması rəsmən təsdiqləndi

"Sumqayıt"ın idman direktoru Zamiq Hüseynov vəzifəsindən ayrılıb.

"Gənclik şəhəri" təmsilçisinin rəsmi saytı Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru postunda çalışırdı.

Onun fəaliyyəti dövründə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu