Millimizin müdafiəçisi Almaniyadan geri qayıtdı

15 Oktyabr 2021 23:40 Sumqayıt 1 216
Millimizin müdafiəçisi Almaniyadan geri qayıtdı

Almaniyada əməliyyat olunan "Sumqayıt"ın futbolçusu Elvin Bədəlovdan xəbər var.

Adıçəkilən ölkədə uğurlu əməliyyat keçirən 26 yaşlı müdafiəçi artıq vətənə qayıdıb.

Bir neçə gün əvvəl Almaniyanı tərk edən futbolçunun müalicəsi ölkəmizdə davam etdiriləcək.

Milli komandamızın da üzvü olan Bədəlov diz bağlarında qopma müəyyənləşdiyi üçün 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov Premyer Liqanın 5-ci turunda "Qəbələ" ilə matçda (0:0) zədələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır