"Futbolçuların pulunu vermişik, özü də artıqlamasıyla"

8 May 2021 11:40 Sumqayıt 1 106
"Futbolçuların pulunu vermişik, özü də artıqlamasıyla"

«Sumqayıt»ıın futbolçularının narahatlıığı aradan qalxıb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat katibi Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, «Qarabağ»ı mübarizədən kənarlaşdıraraq ölkə kubokunun finalına vəsiqə qazanan komanda öz mükafatını alıb.

Funksioner rəqəm açıqlamasa da, rəhbərliyin kifayət qədər əliaçıqlıq nümayiş etdirdiyini bildirib:

«Rəhbərliyimiz kubokun finalına vəsiqə qazanan futbolçulara söz verdiyi mükafatı ödəyib, özü də artıqlamasıyla. Hamının mükafatı bank kartlarına köçürülüb, heç bir problem yoxdur».

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı