Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasına gedir? - rəsmi açıqlama

6 May 2021 20:20 Sumqayıt 1 474
Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasına gedir? - rəsmi açıqlama

"Sumqayıt" rəhbərliyi və Murad Xaçayev arasında razılıq əldə olunub".

Bunu Sportinfo.az-a açıqlamasında Xaçayevin Ukrayna Premyer Liqasının "Zarya" klubuna mümkün keçidi barədə danışan "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Klub rəsmisi "rəhbərlik futbolçuya deyib ki, mövsüm bitənə kimi heç bir klubla danışıq aparmasın. Mövsüm bitəndən sonra rəsmi olaraq onunla danışıqlara başlanacaq" deyə bildirib.

Bir neçə gündü ölkə mətbuatı "Footboom"a istinadən 23 yaşlı yarımmüdafiəçi Ukrayna Premyer Liqa təmsilçisi "Zarya" ilə razılığa gəldiyini yazırdı. Hətta onun ilkin müqaviləyə imza atdığı da deyilirdi.

Qeyd edək ki, Xaçayev 2018-ci ilin yayından "Sumqayıt"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?