
Premyer Liqada 31-ci turun oyunları keçirilir.
Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Ç
empionluğun bir addımlığında olan “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq.
Əgər bu turda “Qarabağ” qələbə qazanar, “Zirə” uduzarsa, Qurban Qurbanovun komandası ölkə çempionu olacaq.
Hazırda “Sportinfo TV”də tanınmış aparıcılar Elçin Cəfərovla Ramiz Mirzəzadə qarşılaşma öncəsi komandaların son durumlarını dəyərləndirir, canlı yayım zamanı tamaşaçıların ünvanladıqları suallara şərhlər verirlər.
Özəlliklə bir neçə gündən sonra “Neftçi” üçün həyati əhəmiyyət kəsb edən “Sabah”la kubok matçının daha çox önəmini qeyd edən tanınmış aparıcılar müxtəlif aspektlərdə Ağdam klubunun açıq favorit olduğunu vurğulayırlar.
Heyətlər üzərindən dəyərləndirmələrin taktiki cəhətdən komandalara qazandırdığı müsbət və mənfi tərəfləri deyən aparıcı-ekspertlər görüşün hakimlərinə elə də çətin iş düşməyəcəyini bildiriblər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN