“Professor”dan YENİ VİDEO: “Elə bil, futbola kənradan gəlmişik”

18 Mart 2022 21:00 Sportinfo TV 1 178
“Professor”dan YENİ VİDEO: “Elə bil, futbola kənradan gəlmişik”

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov olub.

Qurbanov I Divizionda çalışmaqdan yorulduğuna eyham vurub və yeni mövsümə başqa ümidlərlə yanaşdığını vurğulayıb.

Premyer Liqada klub sayının artırılmasını gözlədiyini bildirən müsahib “Kəpəz”ə mümkün dönüşü haqda danışıb.

Onu futbola bu klubun tanıtdığını söyləyən “Professor” harada işləməsindən asılı olmayaraq, uğur qazanmaq iddiasını ortaya qoyacağını qeyd edib.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!