
Tokio Olimpiadasına lisenziya verən güləş yarışlarına yekun vurulduqdan sonra ortaya çıxan mənzərə ürək ağrıdır: Azərbaycan Olimpiya Oyunları tarixində ən az güləşçi ilə məhz Tokio Olimpiadasına yollanacaq.
3 güləş növü üzrə cəmi 7 pəhləvanla. Halbuki əvvəlki olimpiadalarda 14, 13, 16 güləşçki ilə təmsil olunmuşuq, ən çox medalı bu növdə qazanmışıq.
Bəs, güləş ölkəsi, pəhləvanlar diyarı kimi tanınan Azərbaycanda bu idman növününün tənəzüllünün səbəbləri nədir?
Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu növbəti videosüjetini güləşmizin mövcud vəziyyətinə həsr edib.