COP29

Türkiyənin təhlükəsizliyinə zəmanət vermədiyi oyuna Azərbaycan ev sahibliyi edə bilərmi?

7 Noyabr 08:30 Sizdən Bizə 1 239
Türkiyənin təhlükəsizliyinə zəmanət vermədiyi oyuna Azərbaycan ev sahibliyi edə bilərmi?

Xəbər verdiyimiz kimi, Avropa Liqasının 5-ci turunun “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Tel-Əviv, İsrail) matçının bitərəf meydanda keçirilməsinə qərar verib. Əvvəlcə bu görüş İstanbula təyin edilmişdi.

Sportinfo.az xəbər verir ki, təhlükəsizlik səbəbindən Türkiyə hökumətinin müraciəti əsasında qarşılaşmanın noyabrın 28-də başqa bir ölkədə oynanılması qərara alınıb.

Bundan sonra görüşün Azərbaycanda keçirilməsi ilə bağlı fikir və təkliflər də səslənir. Lakin həmin gün üçün oyunun Azərbaycanda keçirilməsi ehtimalı çox azdır.

Bunun səbəblərinə gəlincə…

Əvvəla noyabrın 28-i Azərbaycan çempionu “Qarabağ” Fransanın “Lion” klubunu Bakıda qəbul edəcək. Deməli, avrokubok matçını qəbul etmək standartında olan stadionlardan biri - Tofiq Bəhramovun adını daşıyan arena məşğul olacaq.

Digər və ən böyük arena olan Bakı Olimpiya Stadionunda (BOS) isə ən yaxşı halda gələn ilin əvvəli oyunlar keçirilə bilər. Çünki COP-29 tədbiri Bakıda olacağından (11 noyabr-22 noyabr) arena bu mötəbər tədbir üçün ayrılıb. Odur ki, bu tədbir bitəndən 6 gün sonra keçirilməli olan “Beşiktaş” - “Makkabi” matçına stadionu hazır etmək fiziki və texniki baxımdan mümkün deyil. Deməli, BOS variantı da alınmır.

Azərbaycanda Avropa kubokunun Liqa mərhələsi üçün standarta cavab verən digər stadionlar “Neftçi Arena”, Mərdəkan stadionu və Sumqaytdakı Mehdi Hüseynzadə adına stadiondur.

Sumqayıt stadionu da həmin gün dolu olacaq. Çünki noyabrın 28-si Minsk “Dinamo”su Konfrans Liqasında “Kopenhagen”lə (Danimarka) oyununu məhz həmin arenada keçirəcək ki, bu da hələ bir neçə ay əvvəldən təsdiqlənib.

Bakının mərkəzindən xeyli uzaq Mərdəkanın da "Beşiktaş"ı cəlb edəcəyi inandırıcı deyil.

Odur ki, 28 noyabr tarixi üçün boş stadion olaraq yalnız 11 min tamaşaçı tutumuna malik "Neftçi Arena" qalır. Lakin “Beşiktaş”ın oyunu bu stadionda keçirib-keçirməmək istəyi məlum deyil. Əlbəttə, Türkiyənin böyük klubları üçün çox gəlir əldə etmək baxımından belə bir matçın Azərbaycanın daha böyük stadionunda (məsələn BOS-da) qəbul etmək daha maraqlı olardı. Lakin qeyd etdiyimiz kimi, bu stadionda oyun təşkil etmək indi alınmır. Odur ki, “Neftçi Arena”nın “Beşiktaş” üçün uyğun olub-olmayacağını biz yalnız qısa bir müddət sonra görəcəyik.

UEFA-nın yaydığı xəbərə görə, matçın hansı ölkədə keçiriləcəyi ilə bağlı “Beşiktaş”la müzakirə davam edir və yekun qərarla bağlı tezliklə açıqlama veriləcək (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!