İtalyan “Sportinfo”ya söz verdi: “Himni öyrənəcəm”

20:40 Sizdən Bizə 143
İtalyan “Sportinfo”ya söz verdi: “Himni öyrənəcəm”

Azərbaycanın U-21 millisinə cəlb olunan Lorenzo Mezzoteronun gələcəyinə böyük ümidlər bəslənir.

İtaliyanın köklü klublarından olan “Sampdoriya”nın U-19 komandasının uğurları üçün tər tökən uvaboy hücumçunun uşaqlıq və yeniyetməlik illəri Azərbaycanla bağlıdır.

O, futbolun sirlərini “Qarabağ”da öyrənməyə başlayıb, oradan “Leon”a keçib və 5 il formasını geyindiyi “Neftçi”də məşhurlaşıb.

Lorenzonun vaxtilə Azərbaycanda təhsil adığını nəzərə alsaq, milli üzvü olaraq dövlət himnimizin əzbər bilməsi mümkün görünür.

Çünki şanlı formanı geyinən hər bir futbolçu dövlət atributlarından xəbərdar olmalıdır.

Təəssüf ki, Mezzotero himnimizi oxuya bilmir. Lakin bunu bacaracağına əmindir.

O, Sportinfo.az-a açıqlamasında ən qısa zamanda himni öyrənəcəyinə söz verib:

“Bakıda beynəlxalq məktəbdə təhsil almışam. Orada təhsil İngilis dilində verilirdi.

Azərbaycan Dövlət Himnini bir neçə dəfə eşitmişəm. Musiqisini duysam da, təəssüf ki, sözlərini əzbər bilmirəm.

Himni öyrənmək borcumdur. Bunu özümə mənəvi borc hesab etmirıəm. Söz verirəm, himni öyrənəcəyəm”.

Avqustda 18 yaşı tamam olacaq futbolçu 2025/26 mövsümündə “Sampdoriya”nın U-19 komandasının heyətində Primavera-2-də meydana çıxdığı 28 oyunda 11 qola imzasını yazdırıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti