Böyük Britaniyanın səfiri: “Qarabağ” yerini qazandı” - FOTO

31 Yanvar 03:00 Sizdən Bizə 1 146
Böyük Britaniyanın səfiri: “Qarabağ” yerini qazandı” - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Qarabağ”ın Çempionlar Liqasındakı mübarizəsi ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Sportinfo.az xəbər verir ki, səfir etdiyi paylaşımda nəticədən asılı olmayaraq Ağdam təmsilçisinin əzmkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

O bildirib ki, “Liverpul”la oyunun hesabından asılı olmayaraq “Qarabağ” növbəti mərhələdə yerini qazanıb və bu klubu UEFA Çempionlar Liqasında dəstəkləməkdən qürur duyduğunu qeyd edib.

Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda keçirilən “Liverpul” - “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"